"Mənim üçün də maraqlıdır ki, imtahan nəticələri barədə məlumat mediada var, Təhsil Nazirliyində isə yox..." - Təhsil nazirindən qəribə irad

14-06-2016, 19:00           

Təhsil naziri Mikayıl Cabbarov bu il imtahan verən rus bölməsinin 500-ə yaxın şagirdinin Azərbaycan dili fənnindən “2” qiymət alması ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, imtahanların nəticələri hər il Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edildikdən sonra Təhsil Nazirliyinə tərəfindən təhlil edilir: "Bu il üçün olan nəticələr Təhsil Nazirliyinə hələ təqdim edilməyib. Mənim üçün maraqlıdır ki, bu məlumat mediada artıq var, amma Təhsil Nazirliyinə məlum deyil. Təhsil Nazirliyində bu məlumat olmadığı üçün fikir bildirmək çox çətindir. Qanunvericiliyə əsasən, həmin nəticələr Təhsil Nazirliyinə təqdim edilməlidir. Təqdim edildikdən sonra nəticələrlə bağlı cavab verə bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru