Eldar Mahmudovun halı pisləşdi – TƏCİLİ

16-06-2016, 09:28           

Hər gün həbs olunmaq qorxusu altında yaşayan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Bu axşam sabiq nazirin qəfil ürəktutması baş verib, nəbzi yüksəlib. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşı deyil.
Yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsi ilə çıxmağa çalışır: “Onu tanıyanlar bilir ki, o hər zaman içkiyə meyilli adam olub. Son zamanlar isə içkinin sayını çoxaldıb. Demək olar ki, hər gün spirtli içki içir. Bu da onun səhhətində ciddi fəsadlar verir”.
Onu da qeyd edək ki, Eldar Mahmudov hələ bir neçə ay əvvəl dindirməyə aparılarkən maşında səhhəti pisləşmişdi. Onun ürəyində ciddi problemin olduğu deyilir.(azadliq.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.