Volvo 1300 nəfər işçisini ixtisar etməyi planlaşdırır

7-05-2023, 12:26           
Volvo 1300 nəfər işçisini ixtisar etməyi planlaşdırır
İsveçin Volvo konserni 1,3 min ofis işçisini ixtisar etməyi planlaşdırır.

Marja xəbər verir ki, bu tədbirlər yeni xərclərin optimallaşdırılması proqramı çərçivəsində aparılacaq.

Volvo-nun baş direktoru Jim Rowan bildirib ki, artan xammal qiymətləri və bazarda artan rəqabət şirkət üçün əsas problemlər olaraq qalır. Məhz bu səbəbdən şirkət səmərəliliyi artırmaq üçün proqram işləyib hazırlayıb.

Növbəti addım ofis işçilərini ixtisar etməkdir. Ümumilikdə 1300 nəfər ixtisar olunacaq ki, bu da Volvo işçilərinin ümumi sayının təxminən 6%-nə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru