Kissincer: “Ukrayna münaqişəsi dönüş nöqtəsinə yaxınlaşır”

8-05-2023, 12:39           
Kissincer: “Ukrayna münaqişəsi dönüş nöqtəsinə yaxınlaşır”
Ukrayna münaqişəsinin Çinin vasitəçiliyi ilə nizamlanması üzrə danışıqlar bu ilin sonunda başlamalıdır.

Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer bazar günü CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsində dönüş nöqtəsinə yaxınlaşır.

“İndi Çin danışıqlara qatıldığına görə hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesindən və hətta real nəticələrdən danışacağıq”, - deyə o bəyan edib.


Kissincerin Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya gedə biləcəyilə bağlı suala cavabı müsbət olub. O, əlavə edib ki, o, Moskvaya ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi rolunda gedə bilər.

Xatırladaq ki, Kissincer 1973-1977-ci illərdə ABŞ dövlət katibi vəzifəsində çalışıb. 1969-1975-ci illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru