Şəkidə taxıl sahələri məhv olmaq üzrədir - VİDEO

10-05-2023, 09:28           
Şəkidə taxıl sahələri məhv olmaq üzrədir - VİDEO
Şəkidə dəmyə üsulu ilə əkilən taxıl sahələri məhv olmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, səbəb yağıntının az olmasıdır.

Şəkinin Çayqaraqoyunlu və ətraf kəndlərində yüzlərlə hektar səhədə taxıl bitkiləri quruyaraq məhv olmaq təhlükəsi ilə qarşılaşıb.

Fermerlərin sözlərinə görə, keyfiyyətli toxumdan istifadə ediblər. Bütün aqrotexniki qaydalara əməl olunub. Qış aylarında yaşanan quraqlıq, xüsusilə küləkli günlərin çox olması səbəbindən taxıl sahələri yararsız hala düşüb.

Fermerlər deyirlər ki, bənzər vəziyyət 5 kənddə 50 min hektara yaxın sahədə müşahidə edilir.

Məsələ ilə bağlı Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, havalar həddən çox quraq və yağmursuz keçdiyinə görə əkilən taxılın böyük hissəsi məhv olub. Müraciətlərdən sonra Mərkəzin mütəxəssisləri həmin ərazilərdə monitorinqlərə başlayıb. Nəticəsi barədə fermerlərə məlumat veriləcək.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru