İşdən çıxarılan icra başçısı: "Prezident dedi ki..."

16-06-2016, 17:08           
İşdən çıxarılan icra başçısı: "Prezident dedi ki..."
Bir neçə gün əvvəl bir sıra KİV-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin rayon icra başçısı vəzifəsindən azad olunduqdan sonra, Kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini vəzifəsinə təyin olunması haqda xəbər yayılmışdı.

Hətta bunu sabiq icra başçısının özü də təsdiqləmişdi. Ancaq nazirlik rəsmi şəkildə belə bir təyinatın olmadığını deyərək, sabiq icra başçısının yalan açıqlama verdiyini təsdiqləmişdi.

teref.az xəbər verir ki, Bizimyol.info saytı Mübariz Ağayevin özü ilə əlaqə saxlayıb, ortadakı anlaşıllmazlığıa aydınlıq gətirib: "Bu yalan və məni istəməyən insanların uydurmasıdır. Mən öz istəyimlə işimdən uzaqlaşdırılmışam. Cənab Prezidentdən xahiş etdim ki, məni vəzifəmdən azad etsin. Səhhətimdə problemlər var. Üç gün sonra Berlinə gedirəm, əməliyyat olunacam. Allah cənab Prezidentin canını sağ eləsin, məni başa düşdü və dedi ki, get müalicə olun, sən bizə sağlam lazımsan. Üç dəfə Almaniyada əməliyyat olunmuşam. Hər dəfə gedəndə rayon qalırdı sahibsiz, belə olmazdı. Əməliyyat olunub qayıdım, insallah, hər şey yaxşı olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.