Evdəki güzgülər “WiFi” keyfiyyətinə təsir edir – AÇIQLAMA

10-05-2023, 19:56           
Evdəki güzgülər “WiFi” keyfiyyətinə təsir edir – AÇIQLAMA
Evdə adi bir şey internet bağlantısının gücünü 50% -ə qədər azalda bilər.

Lent.az xəbər verir ki, “WiFi” problemləri çoxsaylı böyük güzgülərin asılması internetin gücünə təsir edə bilər.

Mütəxəssislərin fikrincə, güzgülər nazik metal təbəqədən ibarət olduğu üçün “WiFi” bağlantısını azaldır. Hətta interneti 50%-ə zəiflədə bilir.

Buna görə də, “WiFi” routerinizi böyük güzgünün yanında yerləşdirsəniz, internet sürətinizin yavaş olduğunu və cihazlarınızın internetə qoşulmasında çətinlik çəkdiyini görə bilərsiniz.

Mütəxəssislər “WiFi” cihazını evdəki ofisiniz, yataq otağınız və ya qonaq otağınız kimi ən çox istifadə etdiyiniz yerlərdə yerləşdirməyi tövsiyə edir. Routerlərin böyük güzgülərdən ən azı bir metr məsafə uzaqda olması lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru