“Mover”ın rəhbəri: ““Silk Way” və Gömrük Komitəsi bizi sıxışdırıb bazardan çıxardı” - Nazirə müraciət olundu

12-05-2023, 16:00           
“Mover”ın rəhbəri: ““Silk Way” və Gömrük Komitəsi bizi sıxışdırıb bazardan çıxardı” -
Ölkənin aparıcı daşıma şirkətlərtindən biri olan “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlı iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında videomüraciət yayıb.
O şirkətin müflisləşmə həddində olduğunu bildirib və bunun səbəbini belə izah edib:
““Silk Way” şirkəti və Dövlət Gömrük Komitəsi öz şirkətlərini önə çəkmək üçün bizi sıxışdırmağa başladılar. Bizi sıxışdırıb bazardan kənarda qoydular. “Mover” 2020-ci ildə daşımaların 30 faizini, 2021-ci ildə 10 faizini, 2022-ci ildə isə 3 faizini həyata keçirirdi. 2023-cü ildə isə “Mover” artıq biabrçı səviyyədə müflisləşmə vəziyyətinə gətirilib”.
A.Şəmistanlı onlara bu prosesdə sıxıntılar yaşadan başlıca şirkəin “Silk Way” olduğunu bildirib.
Sözügedən videomüraciəti təqdim edirik:

VİDEO BURADA: https://www.instagram.com/p/CsIkty0AFJO/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru