Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı ilə bağlı rəqəmləri açıqlayıb.

13-05-2023, 10:46           
Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı ilə bağlı rəqəmləri açıqlayıb.
FED.az xəbər verir ki, yanvar-aprel aylarında ölkədə 39 milyard 986,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, iqtisadi artım 0,1 faiz təşkil edib.

Bu dövrdə neft-qaz sektorunda 2,9 faiz azalma, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artım baş verib.

DSK-nin açıqladığı rəqəmlər ölkədə iqtisadi artım sürətinin zəiflədiyini göstərir.

Belə ki, 2022-ci ildə ölkədə 4,6%-lik iqtisadi artım qeydə alınıb. Neft sektorunda 2,7 faiz azalma, qeyri-neft sektorunda isə 9,1 faiz artım baş vermişdi.

2023-cü ildə artım sürəti zəifləməyə başlayıb.

Yanvar ayında ölkədə iqtisadi artım deyil, 1,5% azalma müşahidə edilib. Neft sektorunda 4,6% azalma, qeyri-neft sektorunda isə 1,7% artım baş verib.

Yanvar-fevral aylarında 0,4% iqtisadi artım qeydə alınıb. Neft-qaz sektorunda 3,6 faiz artım, qeyri neft-qaz sektorunda isə 4,6 faiz azalma olub.

Yanvar-mart aylarında iqtisadi artım sürəti dəyişməyib - 0,4 faiz. Bu dövrdə neft-qaz sektorunda 3,9 faiz azalma, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artım olub.

Yanvar-aprel aylarında isə yuxarıda qeyd edildiyi kimi, iqtisadi artım 0,1% olub, neft-qaz sektorunda 2,9 faiz azalma, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artım baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru