Bakıda məşhur şirkətin qadın rəhbərinə “stop” qoyuldu
25-05-2023, 12:51

Azərbaycanda bir sıra tenderlərin qalibinin ölkədən çıxışına qadağa qoyulub.
“Ölkə.Az” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Rasimli Kəmalə Rasim qızı ilə bağlı məhkəməyə müraciət edib.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.
Məhkəmə işinə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Rasimli Kəmalə Rasim qızı “Aysberq KMT” MMC-nin qanuni təmsilçisidir. Şirkət Bakı Dövlət Universitetinin tədbir və konfransların təşkili ilə bağlı 171,611 min manatlıq 5 tenderinin qalibi olub. “Aysberq KMT” MMC həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin inventarların alınması ilə bağlı 48,216 min manatlıq tenderinin qalibi olub.
K. Rasimli hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş AMEA-nın Zoologiya İnstitutunda baş menecer vəzifəsində çalışır.