100 min vergi borcu olan şirkət 3 tender müqaviləsi bağladı - Salyan Suvarma Sistemləri İdarəsi ilə

26-05-2023, 12:18           
100 min vergi borcu olan şirkət 3 tender müqaviləsi bağladı -
Salyan Suvarma Sistemləri İdarəsi torpaq məcralı PVS-1 kanalının beton üzlüyə alınması, Kür çayının Şirvan ərazisində yerləşən suvarma kanallarının lildən tənizlənməsi və Kür çayının Muğan ərazisində yerləşən suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderlərə yekun vurub.

32gun.az xəbər verir ki, hər üç tenderin qalibi “AZMEK- LTK” MMC seçilib.

Salyan Suvar Sistemləri ilə şirkət arasında bağlanacaq satınalma müqavilələrinin toplam maliyyə dəyəri 313 192.53 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “AZMEK-LTK” MMC-nin 6 dekabr 2010-cu ildə qeydiyyata alındığı göstərilib. Nizamnamə kapitalı 30 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Xəqani küçəsi, ev 290-da yerləşir.

MMC-nin qanuni təmsilçisi Zabit Gülüş Əlizamin oğludur.

“AZMEK-LTK” MMC-nin hazırda 104.800.10 AZN vergi borcu var.

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.

Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Məmmədov Ağasəfər oğludur.

Xatırladaq ki, “AZMEK-LTK” MMC-nin qanuni təmsilçisi Zabit Gülüş 2020-ci ildə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.