Latviyadakı səfirimiz GÜL VURUR... - FOTOFAKT
15-06-2023, 16:21

Ayrı-ayrı diplomatlarımızın adlarının müxtəlif qalmaqallarda, hətta cinayət əməllərində hallanması artıq cəmiyyətimiz tərəfindən adi qarşılanır. Kiminin dövlətə qarşı getməsi xəbərini eşidirik, kiminin də cinayət əməlləri ifşa olunur... kiminin dövlətin pullarını qumarda uduzduğunu duyuruq, kiminin də adı zorlamada hallanır... Beləcə, DİPLOMAT ORDUMUZ bizi hər zaman "tətikdə saxlamaqdadır"...
DİA.AZ bildirir ki, bu dəfə isə diqqət çəkəni Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov oldu.

Deyəsən, başı əcaib-qəraib işlərə çox qarışan Elnur müəllim əməlli-başlı Nemətpərəst imiş... Yəni nemət Pənahovun lideri olduğu o zamankı Dirçəliş Hərəkatının tərənnümçüsü imiş...
Belə olmasaydı, o, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı münasibətilə təqvimə düşən Milli Qurtuluş Gününü Nemət Pənahovun 17 noyabr 1988-ci ildə başlatdığı Milli Dirçəliş Günü ilə qarışdırmazdı.
Bu da FOTOSÜBUT:

Görək, cənab səfirimiz bunu necə izah edəcək... Mövqeyini dia.az olaraq dinləməyə hazırıq...