Azərbaycan Pakistana güzəştli şərtlərlə - LNG TƏDARÜK EDƏCƏK

16-06-2023, 12:20           
Azərbaycan Pakistana güzəştli şərtlərlə - LNG TƏDARÜK EDƏCƏK
Azərbaycan iyul ayından Pakistana güzəştli şərtlərlə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə başlayacaq.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycandan LNG idxalına başlanılması bu ay Rusiyadan neftin ilk partiyasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub.

Qeyd edilib ki, LNG tədarükü Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru