Sara Maykl: Azərbaycanın planladığı iqtisadi hədəflərə nail olması asan olmayacaq

16-06-2023, 11:21           
Sara Maykl: Azərbaycanın planladığı iqtisadi hədəflərə nail olması asan olmayacaq
Azərbaycanın planladığı iqtisadi hədəflərə nail olması asan olmayacaq.

"APA-Economics" xəbər verir ki, bunu Qlobal İqtisadi Perspektivlər (GEP) hesabatının təqdimat mərasimində çıxışı zamanı Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl deyib.

"Ötən il Azərbaycan hökuməti "2022-2026-cı illər üçün yeni Sosial-İqtisadi İnkişaf Strategiyası"nı qəbul edib. Bu sənəd iqtisadi artımı və sosial rifahı canlandırmaq, dayanıqlı etmək üçün çoxlu proqramları, investisiyaları və islahatları özündə əks etdirir. Strategiya ortamüddətli perspektivdə ÜDM-in illik 3-4 % artım tempini, o cümlədən qeyri-neft-qaz sektorunda 5 %-ə yaxın artımını hədəfləyir. Bu hədəflərə nail olmaq asan olmayacaq" - S.Maykl qeyd edib.

Dünya Bankının ölkə meneceri bunu belə əsaslandırıb: "Neft hasilatının azalması və əhalinin qocalması prosesə çətinləşdirici təsir göstərəcək. Qlobal miqyasda əks istiqamətə əsən küləklər və tendensiyalar, ehtimal ki, əlavə problemlər və qeyri-müəyyənliklər yaradacaq. Dünya Bankı lazımi proqramların həyata keçirilməsi üçün Azərbaycan hökumətinə hər bir dəstəyi göstərməyə hazırdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru