Vergi borcu olan "AE UNION" MMC 3 tenderdə qalib seçildi - "Dayı"-sı güclü imiş

13-07-2023, 09:04           
Vergi borcu olan "AE UNION" MMC 3 tenderdə qalib seçildi -
Vergi borcu olan şirkət daha 2 tenderin qalibi olub.

32gun.az-ın məlumatına görə, hazırda dövlətə 59 min 115 manat 37 qəpik vergi borcu olan "AE UNION" MMC “Dövlət satınalmaları haqqında” Qanunu "çeynəyərək" tenderlərə qatılaraq qalib olub.

Sözügedən MMC "AZƏRSU" ASC-nin Mobil terminal, planşet və printer avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi tenderdə qalib olaraq 775.555 AZN qazanıb.

"AE UNION" MMC "AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI" ASC-nin Maşın və avadanlıqları tenderində də qalib olaraq 37.424,88 AZN-lik müqaviləyə imza atılıb.

Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi ANAR AĞAYEV ZAKİR OĞLUdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru