Mətbuatda tez-tez Naxçıvan haqda tənqidi çıxışlar edən ata, tələbə qızı ilə təhdid olunduğunu deyir. VİDEO
13-07-2023, 11:54
Mətbuatda tez-tez Naxçıvan haqda tənqidi çıxışlar edən ata, tələbə qızı ilə təhdid olunduğunu deyir. Söhbət Babək rayon Nehrəm qəsəbə sakini Vəfadar Eyvazovdan gedir. O deyir ki, Naxçıvan Dövlət Universiteti Fizika-riyaziyyat fakultəsinin tələbəsi olan qızı Fatimə Eyvazovaya bildirilib ki, “atan susmasa, universitetdən qovulacaqsan”. Tənqidçi ata deyir ki, tələbə qızı təhdid edənlər fakultənin dekanı Məftun İsmayılov və müəllimi Əbülfəz Məmmədovdur. Vəfadar Eyvazov bir neçə dəfə “Gündəlik Naxçıvan” vasitəsi ilə Naxçıvandakı problemləri ictimailəşdirib.