Cəmil Məmmədli: " Dava ancaq məni həbs etdirməkdir."

2-08-2023, 22:36           
Cəmil Məmmədli: " Dava ancaq məni həbs etdirməkdir."
Bir qədər əvvəl müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli mediada ona qarşı aparılan şər kompaniyası barədə feysbukda yazdığı stsusu oxuculara çatdırmışdıq. Cəmil Məmmədli araşdırma aparıb bəzi məqamlar barədə yazacağını demişdi və yeni statusunu paylaşıb.
Teref.az olaraq araşdırmaçı jurnalistin yeni statusunu oxuculara təqdim edirik:
"Cemil Memmedli
1 ч. ·
Dostlar, kələfin ucu görünüb...
Deməli, avqustun 4-də, cənab nazir Vilayət Eyvazovun şimala səfəri gözlənilir.
Bu səfərdə də onun qəbuluna mənimlə bağlı ağ yalanlar danışmağa adamlar hazırlanıb.
Sadəcə iki gün qabaq, bu informasiyanı da yaydılar...
Bu maddələr, bu istintaq barədə mən özüm dəfələrlə danışmışam, hamı da məlumatlıdır ki, məni göz görə-görə şərləyirlər.
Ancaq durduğu yerdə, hansısa bir media orqanının yadına bu informasiya indi niyə düşdü?
Çünki, cənab nazir şimala gələcək. Hətta deyirlər ki, baş prokurorun da səfəri gözlənilir və onun da qəbuluna mənimlə bağlı şikayətçilərin "yazıldığı" söylənilir...
Dava ancaq məni həbs etdirməkdir.
Həbsimin birbaşa tələbkarları, Quba rayon keçmiş icra başçısı Ziyəddin Əliyev və onunla bir komandaya qatılmış Həbibovlar ailəsidir.
Vasitəçilər isə, iki dəfə dələduzluq etdiyi üçün həbs olunan reket jurnalist Dəyanət Məmmədov (Azərsoy),
YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov,
YAP-ın keçmiş partiya sədri Nazim Ağayevin əmisi oğlu Ağasalam Ağayevdir...
Bütün oyunu hüquqi cəhətdən və tanışlıqla "düzüb-qoşan", vəkil Cavad Cavadovdur...
221-ci maddə isə Xaçmaz polisi tərəfindən, hər ehtimala qarşı mənə qurulan bir "torba" idi ki, əgər heç biri alınmasa, heç olmasa 221-lə həbsimə nail olsunlar.
Onu da qeyd edim ki, Xaçmaz rayon polis şöbəsinin rəisi Həmid Həsənov Bəylər Eyyubovun yaxın qohumu və "Azəryol"-un sədri Saleh Məmmədovun yaxınıdır.
Ziyəddin Əliyev isə Saleh Məmmədov və Bəylər Eyyubovun birbaşa adamıdır, ən azı bütün şimal bunu belə bilir.
İttihamlar nəinki saxtadır, hətta əminliklə deyirəm ki, yalan ifadələr üzərində qurulub.
Balaca ədaləti olan adamlar, şimaldakı başqa polis və digər hüquq mühafizə, xüsusi xidmət orqanları əla bilir ki, mən bu günə qədər bir kəsdən bir manat pul almamışam, əksinə pul alan reketlərin ünvanına, birbaşa dəfələrlə efirlərdən, bu əməli "fahişəliyə" bərabər tutduğumu bəyan etmişəm.
İnanıram ki, dövlət hər kəsi olduğu kimi tanıyır və haqq gec-tez öz yerini tutacaq...
Daha ətraflı isə, təbii ki, cavab verəcəyəm..."
Teref.az olaraq statusda adları çəkilən şəxslər barədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.