BOKT-lər camaata SAVAŞ ELAN EDİB? - SİYAHI

3-08-2023, 18:34           
BOKT-lər camaata SAVAŞ ELAN EDİB? - SİYAHI
Bankların problemli kredit şərtlərindən boğaza yığılan və o bataqlığa bir də girmək istəməyən vətəndaşlar Bank olmayan Kredit Təşkilatlarına üz tuturdular. İlk vaxtlar vətəndaşın köməyinə çatan BOKT-lar indi kreditoru borclandırmaqda, problemini daha da ağırlaşdırmaqda banklardan geri qalmır. Sanki banklarla BOKT-lar vətəndaşlara qarşı əlbir olub problemli kreditlərin artmasında, əhalinin birclanmasında əllərindən gələni edirlər.
Bunu banklarla yanaşı BOKT-lara qarşı açılan məhkəmə işlərinin sayı da sübut edir. Bu gün məhkəmələr bank və Bank olmayan Kredit Təşkilatlarının borclandırdığı vətəndaşların işləri ilə doludur. Apardığımız kiçik araşdırma sübur edir ki, ölkədə vətəndaşlarla problem yaşamayan BOTK yoxdur. Ən problemli, narazılıq yaradan, kreditorlarla problem yaşayan, ən çox məhkəmə çəkişməsi olan BOKT isə “Aqrarkredit”dir. Bir ay ərzində “Aqrarkredit”in 80 məhkəmə çəkişməsi var ki, bu da bir Bank olmayan Kredit Təşkilatı üçün həddən artıq çox hesab edilir.

Tribunainfo.az avqust ayı ərzində məhkəməyə verilə, haqqında iddia qaldırılan, vətəndaşlara qalşı müxtəlif ittihamlar irəli sürən BOKT-ların adlarını və məhkəmə sayını təqdim edir:

“AQRARKREDIT” 80 məhkəmə
“FINOKO” 27 məhkəmə
“PARA” 18 məhkəmə
“TBC KREDIT” 16 məhkəmə
“EMBAFINANS” 10 məhkəmə
“KƏPƏZ” 9 məhkəm
“PSG FINANS” 8 məhkəmə
“AZƏRBAYCAN MIKRO KREDIT” 8 məhkəmə
“OPTIMAL FINANCE” 5 məhkəmə
“MERKURI” 4 məhkəmə
“PRIOR CREDIT” 4 məhkəmə
“CITY FINANCE” 2 məhkəmə
“FALCON FINANCE” 2 məhkəmə
“GOLD FİNANS” 2 məhkəmə
“İDEAL KREDIT” 2 məhkəmə
“VIZA KREDIT” 2 məhkəmə
“M BULAK” 2 məhkəmə
“FINEX KREDIT” 1 məhkəmə
“İDK” 1 məhkəmə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru