Hökumətin, "harda qırıldı-qırıldı", iqtisadi "proqramı" hələ də davam edir...

4-08-2023, 08:44           
Hökumətin, "harda qırıldı-qırıldı", iqtisadi "proqramı" hələ də davam edir...
Ukrayna ordusunun Novorosiysk limanına zərbə endirməsi və belə hücumların gələcəkdə mümkünlüyü Rusiyanın ixracını, əsas da neft ixracını sual altına salır, bundan başqa qardaş Qazaxstan da neftinin 80%-dən çoxunu bu liman vasitəsi ilə ixrac edirdi.
Hücumdan sonra neft 86 dollara çatdı, amma sözüm onda deyil: Ukrayna ordusunun uğurlu əməliyyatı Qazaxstan neftinin BTC ilə daha çox nəql edilməsinə səbəb ola bilər ki, bu da həm bizim üçün əlavə tranzit gəlirləri, həm də Qazaxstanın Rusiyadan asılılığının azalması deməkdir.
Ümumiyyətlə, bizim hökumət yatıb, problemləri etiraf etmir, bizdə neft hasılatının pik dövrü 10-12 il əvvəl keçdi, indi hasilat hər il azalır-azalacaq. Ölkəni illərdir neft "iynəsinə" otuzduran hökumət bir gün ayılacaq ki, qazanc tükənir, neftdən pul az gəlir, o zaman Qazaxstan neftinin tranziti bir az kömək ola bilər, amma 10 milyonluq ölkəni saxlamağa yetərli olmayacaq.
Hökumətin, "harda qırıldı-qırıldı", iqtisadi "proqramı" hələ də davam edir...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.