Deputatdan binanın yanmasına görə təqsirkarlara SƏRT SÖZLƏR

19-05-2015, 14:40           
Deputatdan binanın yanmasına görə təqsirkarlara SƏRT SÖZLƏR
“"Azadlıq" metrosunun yanındakı 16 mərtəbəli binanın yanmasının səbəblərini müvafiq qurumlar yəqin ki, ətraflı və operativ araşdıracaq. Allah etsin ki, ölüm, xəsarət olmasın. İnsanlara yazıq oldu, bir neçə acgözün pul qazanması səbəbinə ikinci binadır ki, sakinlərinin həyatı alt-üst olur”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə yəqin ki, burada təxribat ehtimalından da danışılacaq.

“Ən maraqlısı da budur ki, təxribatçının kim olduğu yenə də diqqətdən kənarda qalacaq. Ancaq bunu tapmaq üçün bir məktəbli uşağın da ağlı kifayət edər. Konkret sual qoyursan və cavab verirsən: Bu və ya başqa binaların üzünə oda davamlı olmayan bu materialların vurulmasına kim göstəriş verib? Əlbəttə, əclaf ermənilər!”.

Qeyd edək ki, Azadlıq prospekti 289 ünvanındakı 16 mərtəbəli yaşayış binası yanıb. Yüksək sürətlə davam edən yanğının əsas səbəbi kimi binadakı tez alışan üzlük göstərilir. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru