Bu icra başçısının nəzarətində olan müəssisənin borcu üzə çıxdı - ŞOK RƏQƏM

6-08-2023, 13:44           
Bu icra başçısının nəzarətində olan müəssisənin borcu üzə çıxdı - ŞOK RƏQƏM
Şəmkir Rayon İcra hakimiyyətinin tabeliyində olan Şəmkir rayon Kür qəsəbə Mənzil kommunal təsərrüfat təmir istismar istehsalat sahəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub.

TNS xəbər verir ki, bu barədə məlumat Azər Allahverdiyev adlı şəxsin Musavat.com-un poçtuna göndərdiyi məktubda öz əksini tapıb.

Bildirilir ki, müəssisənin hazırda dövlətə 160 min manatdan çox (163387.26 AZN) vergi borcu mövcuddur.

"Şəmkir şəhər Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olan sözügedən istehsalat sahəsi 14 saylı Ərazi Vergilər İdarəsində Vergi uçotuna alınıb. Qeyd edək ki, Şəmkir rayon Kür qəsəbə mənzil kommunal təsərrüfat təmir İstismar istehsalat sahəsi rayonun icra başçısı Rəşad Tağıyevin birbaşa nəzarətindədir" - məlumatda qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru