Yanğına görə məsuliyyət daşımırıq` - İcra hakimiyyəti
19-05-2015, 15:40
Binəqədi rayon İcra Hakmiyyəti baş verən güclü yanğına görə məsuliyyəti öz üzərindən atıb.
İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov AzVision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür.
“Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.
Qeyd edək ki, yanğın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verib. Hazırki məlumata görə, hadisə nəticəsində 15 nəfər ölü, 61 nəfər isə yaralanıb. teref.az Xaləddin İskəndərovdan soruşmaq istəyir, təmir şirkəti bəyəm öz başına gətirib o üzlükləri vurub. Yoxsa təmir şirkətləri artıq öz bildikləri materiallar ilə işləyirlər. Yox Xaləddin müəllim bu yanğına səbəb olan üzlükləri siz sifari. vermisiniz, sizin izniniz olmasa heç bir şirkət gətirib o üzlükləri o binaya vura bilməz.