Azərbaycanda qəzalı körpünü kustar üsulla təmir edirlər - VİDEO

13-08-2023, 13:54           
Azərbaycanda qəzalı körpünü kustar üsulla təmir edirlər - VİDEO
Sabirabadın Sarxanbəyli kəndi sakinləri körpünün təmirinə etiraz edirlər.

1990-cı ildən istifadəyə verilən körpüdən Sarxanbəyli, eləcə də ona yaxın olan qonşu bir neçə kəndin sakinləri istifadə edirlər.

Artıq uzun müddətdir ki, körpü üzərində ağırtonnajlı kənd təsərrüfatı texnikaları hərəkət etdiyindən körpüdə çatlar və müəyyən hissəsində çökmələr əmələ gəlib. Bunun da nəticəsində sakinlərin müraciəti əsasında körpüdə təmir işlərinə başlanılıb.

Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov "Xəzər Xəbər"ə bildirib ki, körpüdə aparılan təmir işi sakinlərin müraciəti əsasında qurumun öz balansı hesabına aparılır.

B.Ağabəyov onu da qeyd edib ki, körpünün təmiri planda yoxdur. Körpüdə sadəcə uçmuş yerlərin bərpası aparılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru