Camaat binalardakı penoplastları sökür - FOTO

19-05-2015, 15:45           
Camaat binalardakı penoplastları sökür - FOTO
Sosial şəbəkələrdə artıq penoplast örtüklü binaların yanması ilə bağlı etiraz aksiyaları başlayıb.

AFN.az xəbər verir ki, tanınmış köşə yazarı Zamin Hacı binaların üzünə vurulan yanar konstruksiyaları sökməyə çağırıb: "Sizi öz həyatınızı xilas etməyə - binalarınızı üzlüklədikləri yanar konstruksiyaları sökməyə çağırıram. Bu, mitinq-filan deyil, heç Qarabağ da deyil. Bibraşa öz uşaqlarınızın həyatıdır. Sökün xilas olun! Nə qədər gec deyil".

Blogger Turxan Qarışqa isə facebook-da paylaşdığı fotoya "Camaat fasadları dağıtmağa başlayıb!" yazıb. Şəkildən də görünür ki, artıq insanlar binaların üzündəki penoplastı sökməyə başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru