Özəl şirkətlər niyə tələbə təqaüdü təsis etmir? - VİDEO

2-07-2016, 09:51           

Azərbaycanda şirkətlərin tələbələrə təqaüd verməsi ilə həm şirkət, tələbə, həm də dövlətə xeyirdir.

Şirkətlərin belə təşəbbüsləri onların ictimai imicinin yüksəlməsinə fayda verir.

Şirkət öz profilinə uyğun ali təhsil alan tələbə ilə müqavilə bağlayaraq onu maliyyələşdirir və gələcəkdə özünə yüksək ixtisaslı kadr da yetişdirir.

Ekspertlər belə təqaüdlərin tələbələr üçün stimul olduğunu deyirlər.

Azərbaycanda özəl şirkətlərin belə təşəbbüs göstərməkdə maraqlı olmamasını iqtisadçılar da şərh edib.

İqtisadçılar hesab edirlər ki, bu addım əslində dövlətin özü üçün də mənfəətlidir. Bu baxımdan belə ənənələrin formalaşması vacib hesab edilir.

teref.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.