"Araz" marketdən şikayətlər bitmir... VİDEO

15-08-2023, 12:34           
"Araz" marketdən şikayətlər bitmir... VİDEO
"Bu kətələr 1 saat öncə "Araz" marketdən alınıb". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda qeyd olunur.

Daha sonra narazı vətəndaş yazır "Videodan da göründüyü kimi daşa vursan, daş yarılar, başa vursan, baş... Kətələrin taqqıltısı qulaq deşir. Maraqlıdır ki, artıq atılmaq vaxtı gələn məhsulun piştaxtada nə işi var? Qidalara nəzarət edən işçi var ümumiyyətlə, "Araz" marketlər şəbəkəsində? Çox maraqlıdır. Onsuz da heç bir tədbir görən deyillər, ən azından məlumatlı olun ki oranın bişintiləri köhnə və yararsız olur..."

Məsələ ilə bağlı terefa.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru