Onkologiya xəstəliklərinin icbari tibbi sığortaya daxil edilməməsinin səbəbləri nədir? - AKTUAL

16-08-2023, 17:06           
Onkologiya xəstəliklərinin icbari tibbi sığortaya daxil edilməməsinin səbəbləri nədir? - AKTUAL
Onkoloji xəstələrin sayı illər keçdikcə artır. Bu xəstəliyin yaranmasının bir çox səbəbləri var. Lakin hazırda belə xəstələri narahat edən məsələlərdən biri də xəstəliyin müayinə və müalicəsi üçün göstərilən tibbi xidmətlərin icbari tibbi sığortaya daxil edilməməsidir.

TEREF.AZ biildirir ki, həkim-onkoloq Fərid Müseyibov bunun səbəblərini Bizim.Media-ya açıqlayıb.

“Onkologiya xəstəliyinin əməliyyat və əməliyyatdan sonrakı xərcləri ağır olur. Bu səbəbdən onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsi vacibdir. Bu qrup xəstələr də icbari tibbi sığorta hesabına müalicə edilməlidir. Belə olan halda, xəstəlikdən əziyyət çəkən insanları 10 minlərlə manat xərcdən xilas ediləcək”.

Məsələ ilə bağlı İcbari Tibbi Siğorta Agentliyindən Bizim.Media –ya bildirildi ki, “Onkoloji yardım haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir”.

Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmətlər daxildir.

Görünür, zərfə onkologiya xəstəlikləri üzrə xidmətlərin də əlavə ediləcəyini gözləməkdən başqa yol yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru