“Rahat kresloda oturub...” - Nazirliyə sərt tənqid - VİDEO

17-08-2023, 12:54           
“Rahat kresloda oturub...” -
Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt tənqid edib.

Teref.Az-ın “Yeni Sabah”a istinadən xəbər verir ki, TV-nin "Sorğu çağı" verilişinin aparıcısı Əlövsət Sadıq proqrama tək çıxıb. Onun yanında isə boş stul olub.
Aparıcı həmin stulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında Dövlət Məşğulluq Xidmətinin Quba Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinin icraçısı Mikayıl İbrahimovun əyləşməli olduğunu qeyd edib. Lakin qurumun Mətbuat katibi Əsmər Nəcməddin qızının qoyduğu qadağa səbəbindən verilişə gəlmədiyini qeyd edib.
Aparıcı monoloqunda nazirlikləri tənqid edib, onların mətbuat xidmətlərinin regional televiziyalara problemlər yaratdığını, açıqlamalar vermədiyini bildirib.

Həmin materialı təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.