Azərbaycanlı deputatlar isti yay günlərində harada dincəlirlər?

4-07-2016, 18:33           

Artıq bir neçə gün olar ki, Milli Məclisin deputatları yay tətilinə buraxılıblar. Millət vəkillərindən bəziləri isti yay günlərində dincəlmək üçün Azərbaycanın bölgələrinə üz tutur.

Tətili ölkə xaricində keçirən deputatlarımız da az deyil. Macəraçı deputatlarımız daha çox Türkiyə, ərəb ölkələri və Avropaya ölkələrinə səfər edirlər.

Ümumilikdə, Milli Məclis üzvləri tətil günlərini necə keçirirlər? Onlar isti yay günlərində harada dincəlirlər?

teref.az azvision.az-a istinadən bildirir ki, millət vəkili Çingiz Qənizadə qarşıdakı günlərdə paytaxt Bakıda və rayonlarda dincəlmək niyyətindədir: "Bir neçə gün Şamaxı rayonunda qalacağam. Həmçinin digər rayonlara da getmək niyyətim var. Maddi durum ailə üzvlərimlə birlikdə ölkə xaricinə çıxmağa imkan vermir. Hesab edirəm ki, ən yaxşısı öz vətənimizdir".

Deputat Elman Məmmədov istirahət etmək üçün başqa ölkəyə getməyəcək. Deputat isti yay günlərində rayonlara getməyi düşünür: "Bu yay istirahətimi öz ölkəmizdə, rayonlarımızda keçirəcəyəm".

Milli Məclis üzvü Rövşən Rzayev yay istirahətini bağda keçirəcək: "İstirahət üçün harasa getməyi düşünmürəm".

Millət vəkili Vahid Əhmədov yay tətilini seçildiyi Quba rayonunda keçirəcək: "Bu yay daha çox Qubada istirahət edəcəyəm. İstirahətlə bağlı ölkədən kənara çıxmağı düşünmürəm".

Parlamentari Fəzail Ağamalı da ölkə daxilində istirahət edəcəyini deyib.

"Bağ evimdə istirahət etməyi düşünürəm. Həmçinin Azərbaycanımızın səfalı rayonlarından birində bir neçə gün dincəlməyi planlaşdırmışam".

Deputat Fərəc Quliyev isə hələlik harada istirahət edəcəyini planlaşdırmadığını deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.