`Bəzi saytlar keçmiş MTN rəhbərliyi ilə bağlı olub`

4-07-2016, 21:09           

“Jam.az saytının baş redaktorunun həbsi Azərbaycanda söz azadlığının pozulması kimi qiymətləndirilə bilməz”

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Onun sözlərinə görə, bəzi xəbər saytları keçmiş MTN rəhbərliyi ilə bağlı olub.

“Onlar yüksək rütbəli məmurlara dair ifşaedici yazılar yaymaqla məşğul idilər ki, bu məlumatlar onlara yuxarıdan ötürülürdü. Münaqişə tərəfləri vardı və jurnalistlər onların çirkin oyunlarında iştirak edirdilər. Bunu jurnalistika adlandırmaq olmaz. Onların fəaliyyətinə şərəf və ləyaqətin qorunması nöqteyi-nəzərindən hüquqi qiymət verilməlidir”, - Ə.Amaşov deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru