"Halal araq" istehsalı aranı qatdı: QMİ etiraz etdi, dindarlar "od püskürdü"

5-07-2016, 10:38           
"Halal araq" istehsalı aranı qatdı: QMİ etiraz etdi, dindarlar "od püskürdü"
Rusiyada müsəlman əhalisi üçün “spirtsiz araq” istehsal olunacaq. Məlumata görə, “Hacı arağı” adlandırılan içki şüşəsinin üzərində spirtin miqdarı “0” olaraq göstərilir. Bu içki müsəlman müştərilərə təklif olunur. Rusiyanın bu addımı Ukraynada da həyata keçirilir. Artıq Ukraynada da “spirtsiz araq” istehsalına başlanılıb. Xatırladaq ki, hazırda bir çox müsəlman ölkələrində “hacı pivəsi” adı ilə içkilərin satışına rəsmi icazə verilir.

Bu arda qeyd edək ki, "həci arağına" ilk olaraq Qafqaz Müsəlmanlar İdarəsi reaksiya verib. Qurum insanları “spirtsiz arağ”a aldanmamağa çağırıb. QMİ nin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Rusiyanın məlum addımını məqbul saymayıb:

" Əvvəl spirtsiz pivə istehsal etdilər, indi də spirtsiz araq. Özləri bilər, yəni bu Rusiyanın öz işi, öz problemidir. Amma hər halda hesab edirəm ki, bu, məqbul fakt deyil. Onun tərkibində spirt olmayacağı bəlli deyil. Çünki, həmin arağın hazırlanması üçün mütləq ora spirt qatılacaq. İnanmıram ki, Rusiya tam spirtsiz araq istehsal etsin.Kim yoxlayacaq, kim buna təminat verəcək ki, tərkibində spirt yoxdur? Əvvəla arağın adı var. Yəni içən bilir ki, araq içirsən. Daha spirtli ya spirtsiz, bunun nə fərqi olacaq?".

Məsələyə münasibət bildirən hacı Atif İsmayılov Savash.org- söyləyib ki, "həci pivəsi" və ya "həci arağı" islami dəyərlərə xələl gətirmək məqsədilə ortaya atılıb: "Sadəcə, spirtli və ya spirtsiz içkilər var. Spirtli içkilər bütün müsəlmanlar üçün üçün qadağandır. İslam spirtli içkiləri həciyə və qeyri- həciyə bölmür. Spirtli içkinin qadağası Allah tərəfindən ümumi hökmdür. Bir daha söyləyirəm ki, bütün bunlar islamı gözdən salmağa yönəlmiş addımlardır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.