Füzuli şəhərinə daha 24 ailə yola salındı - YENİLƏNİB

11-09-2023, 08:23           
Füzuli şəhərinə daha 24 ailə yola salındı - YENİLƏNİB
Füzuli şəhərinə növbəti köç karvanı artıq yola salınıb.

Oxu.Az xəbər verir ki, Bakı şəhərindən 19 ailə (69 nəfər), Sumqayıt şəhərindən iki ailə (10 nəfər), Füzuli rayonundan iki ailə (səkkiz nəfər), Mingəçevir şəhərindən isə bir ailə (beş nəfər) olmaqla, ümumilikdə 24 ailə (92 nəfər) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Füzuli şəhərinə yola salınıb.

07:11

Füzuli şəhərinə növbəti köç karvanı yola salınır.

Oxu.Az xəbər verir ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən 19 ailə (69 nəfər) Füzuli şəhərinə yola düşür.

Köç karvanına Sumqayıt şəhərindən iki ailə (on nəfər), Mingəçevir şəhərindən bir ailə (beş nəfər), Füzuli rayonunun bir nömrəli Qayıdış qəsəbəsindən isə iki ailə (səkkiz nəfər) qoşulacaq. Ümumilikdə isə 24 ailə (92 nəfər) Füzuli şəhərinə yola salınacaq.

Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 119 ailə (441 nəfər) köçürülmüş olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru