GÜNÜMÜZ, GÜZARANIMIZ: Uşağı məktəbə düzəltmək zülmü FOTO
12-09-2023, 10:03

Dostlar, unutmamısınız yəqin ki, 2 il öncə kiçik övladımı Suraxanı rayonundakı Qubadlının Qaralar məktəbinə götürmədilər. Buna görə çox mübarizə apardım, faydası olmadı. Dedilər ki, məcburi köçkün deyilsiz. Halbuki böyük övladım o məktəbdə oxuyurdu. Məcbur qalıb aparıb Suraxanı rayonunda 316 nömrəli məktəbə yerləşdirdim. Bu yaxınlarda elektron qaydada böyük övladımı da Qaralar məktəbindən çıxarıb kiçik uşağın oxuduğu 316 nömrəliyə keçirdim. Bu gün sənədləri aparmışam 316 nömrəli məktəbdən götürmədilər. Səbəb olaraq Qaralar məktəbindən çıxış verilmədiyin göstərdilər.
Əgər bu yerdəyişmə elektrondursa bu nə oyundur?
Üz tutdum Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və orda gördüklərim məni dəhşətə gətirdi. Deməli idarənin müdiri Mehriban Vəliyeva gestapo rejimi qurub. İdarənin sıravi bir məmurunun qəbuluna düşə bilmədim. Dedilər ki, rəsmi müraciət et, noyabr ayına qəbul edilərsən)
Deməli, vətəndaşları qəbul otağında deyil, küçədə siyahıya alırlar. Qapıya kilid vurulub, insanlar yolda növbə gözləyirlər.
Baxın, xalqı belə incidirlər, insanlara əşya kimi baxırlar, xırda həlli mümkün olan problemləri şişirdirlər.
Bu ölkədə Mehriban Vəliyeva kimi məmurlardan ancaq inqlab etməklə qurtulmaq mümkündür. Başqa yol yoxdur.
Baxtiyar İmanov
Teref.az


