İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Deputatın şirkəti ilə 4.7 milyon manat köçürəcək - Tetrasklin, tibbi spirt … üçün

19-09-2023, 10:03           
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Deputatın şirkəti ilə 4.7 milyon manat köçürəcək -
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "Avromed Company" QSC olub. Tərəflər arasında 4.749.807,98 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən tibb müəssisələri Tetrasiklin, Tibbi spirt, vankomisin, seftazidim,Levofloksasin, Xlorheksidin və s. ilə təminolunmalıdır.

Bildirək ki, nizamnamə kapitalı 57000 AZN olan "Avromed Company" QSC-nin hazırda qanuni tımsilçisi KAMRAN İSKƏNDƏROV İNQİLAB oğludur.

Mətbuatda gedən məlumata görə, "Avromed Company" QSC deputat Cavanşir Feyziyevə və ailəsinə məxsusdur.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru