Pul ödədi, kontur başqa abonentə yükləndi - Kim məsuliyyət daşıyır? - VİDEO

11-07-2016, 09:09           
Pul ödədi, kontur başqa abonentə yükləndi - Kim məsuliyyət daşıyır? - VİDEO
Səhv ödənişə görə həmin şirkətlər məsuliyyət daşıyırmı?
Bakı sakini Elnur Vəliyevin yükləmək istədiyi konturu səhvən başqasına gedib. Bir çox insan bu tipli problemlə demək olar ki, tez tez qarşılaşır. Ödəniş terimanallarında belə halla qarşılaşan vətəndaşlar nə etməlidir? Onların səhvini terminalın aid olduğu şirkətmi düzəltməlidir? Mütəxəssislər belə əməliyyatlar zamanı edilən səhvə görə ödəniş edilən şirkətin heç bir məsuliyyət daşımadığını bildirirlər.
Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, əgər sistemin öz səhvi ucbatından hər hansı bir yanlış ödəniş həyata keçirilibsə, bu zaman həmin şirkətə qarşı hansısa tələb irəli sürmək olar. Terminallardan verilən qəbzlərin üzərində hər hansı bir xəbərdaredici məlumatların olmaması isə Mərkəzi Bankın xüsusi qaydalarına əsasən tərtib olunur.
Ekspertlər vətəndaşları bu cür neqativ hallarla qarşılaşmamaq üçün əməliyyat edərkən daha diqqətli olmağı tövsiyyə edirlər.
[media=https://www.youtube.com/watch?v=CluG1c1GIrM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru