Hansı sahədə olursansa ol, özünü piar etməyi bacarmadınsa gözdən itib gedəcəksən!

30-09-2023, 11:54           
Hansı sahədə olursansa ol, özünü piar etməyi bacarmadınsa gözdən itib gedəcəksən!
Dəfələrlə müşahidə etmişəm ki, Azərbaycan xalqı onun problemini həll etməsə belə, onu dinləyən, şirin vədlər verən, bir sözlə könlünü almağı bacaran adamları sevir. Zatən bəllidir ki, hansısa deputat, mətbuat xidmətinin rəhbəri xalqın ümumi problemini həll etmək gücündə deyil.
Amma elə adamlar var ki, xalqa heç nə verməsə belə, onun damarını tutmaq bacarığı ilə özünü kütləyə sevdirə bilib. Məsələn, radikal siyasi mövqeli adamlarla belə yalnız hal-əhval tutmaqla onların belə qəlblərini fəth etməyi bacarıb. Dalda isə onlara ən güclü zərbəni elə özü vurub.
Elə qurumların mətbuat xidmətlərinin rəhbərləri var ki, heç kimi naümüd qoymur, gecə saat necədə olsa belə sorğulara cavab verir, amma özünə aid olan heç bir işi normal yoluna qoymur , konkret yolaverdi edir.
Onu bu əməlinə görə hətta bığıburma və ağbırçək jurnalistlər belə tərif edir, şanına gözəl epitetlər yağdırırlar. Ancaq işinin ustası olan, heç kimə yalan danışmayan və vəd verməyən MX rəhbərlərini ağ yuyub, qara sərirlər ki, adam işləyə bilmir. Hansı sahədə olursansa ol, özünü piar etməyi bacarmadınsa gözdən itib gedəcəksən!
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.