“Grand Hospital”dan xəstə ölümü ilə bağlı açıqlama

12-07-2016, 18:47           

“Grand Hospital”ın mətbuat katibi və marketinq direktoru Bəhruz İsmayılzadə Klinikada insan ölümü baş verməsi barədə mətbuatda yayılan xəbərlərlə bağlı "Qaynarinfo.Az"-a açıqlama verib.

Bəhruz İsmayılzadə bildirib ki, xəstə Ramin Ələsgərov iyunun 24-də ağır vəziyətdə “Grand Hospital”-a müraciət edib: "İlkin müayinə zamanı xəstədə qaraciyər sirrozu (alkoqollu hepatit və hepatit C) xəstəlikləri aşkar olunub. Uzun müddət xarici ölkələrdə bu xəstəliklərdən müalicə alan Ələsgərov Ramin həkimlərin qadağasına məhəl qoymayaraq (Afaq Ələsgərovanın dediyinə görə) son günlərədək zərərli vərdişlərini (spirtli içkilərin qəbulunu) davam edirib. Xəstə stasionara yatırıldıqdan və daha detallı müayinələrdən sonra onda yüksək şəkər (700mq/dL) və qan azlığı da aşkar edilib. Bu zaman bir neçə həkim dəvət olunaraq xəstənin vəziyyəti müzakirə olunub, şəkəri aşagı (320 mq/dL) endirilib".

Mətbuat katibinin sözlərinə görə, Ramin Ələsgərovun vəziyyətinin ağırlığını nəzərə alaraq, onun yaxınlarına xəstənin müalicəsinin reanimasiya şəraitində davam etdirilməsi təklif olunub: "Lakin xəstənin yaxınları sağalma qarantiyası tələb etmiş, bizim tərəfimizdən təklif olunan tibbi xidmətdən imtina edərək, iyunun 25-də başqa tibbi müəssisəyə və oradanda bir başqasına köçürülüb. 3 gün sonra R.Ələsgərov sonuncu yerləşdirildiyi mərkəzdə vəfat edib. Xəstə Grand Hospitalda həyatını itirməyib".

Qeyd edək ki, bir neçə gün əvvəl mərhum Ramin Ələsgərovun bacısı Almaz Ələsgərova qaynarinfo.az saytına müraciət edərək, qardaşının ölümündə "Grand Hospital" klinikasının günahkar olduğunu demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.