Tiflisə çatmamış həqiqətlər
13-07-2016, 17:58
Millətimizin guclü yumor hissinə malik olduğuna şübhəmiz yoxdur. Özünütənqidlə də aramiz sazdır. Özümüzə gülməyi də bacarırıq. Bunu Molla Nəsrəddindən tutmuş Mirzə Cəlilə, Mirzə Ələkbər Sabirə, Üzeyir bəy Hacıbəyova, ...Şən və Hazırcavablar Klubuna qədər ara-sıra sübüt etmişik. Elə sonuncuların – “Bakılı oğlanlar” komandasının – “Nazarbayev bilsəydi ki, onun şəklini kim saxlayacaq, heç Bakıya gəlməzdi...” kimi az qala zərb-məsələ çevrilmiş özünütənqidə qəşş çəkib gözlərimiz yaşarana qədər güldüyumüzü unuda bilərikmi?!
Bu yaxın vaxtda Tbilisidə ATƏT-in Cənubi Qafqaz ölkələri üzrə keçirdiyi media konfransına yollanan Qulu Məhərrəmli və Kº-nun açıqlamalarını oxuyanda yadima istər-istəməz “Nazarbayev” məsələsi düşdü. Əgər Dunya Myatovic də Qulu Məhərrəmlinin “nələr”ə qadir oldugunu bilsəydi, onu Gürcüstan paytaxtindakı tədbirdə gormək istəməzdi...
Sən demə, “məclis dostları” Q.Məhərrəmlinin məhkəməyə verilməsini iddia səbəbindən asılı olmayaraq “Azərbaycanın imicinin korlanması” kimi anladıqlarından (!), bu məsələni beynəlxalq tədbirə daşıyiblar. Bunu “media azadlığına ciddi təzyiq”, “məmur dözümsüzlüyü” və Azərbaycanın adının “qara siyahıya düşməsi” kimi qələmə verərək, “belə incə məsələlərdən” çox üzüldüklərini dilə gətiriblər.
Adama deyərlər ki, əfəndilər, təhqirə görə məhkəməyə vermək “media azadlığına ciddi təzyiqdirsə”, müdafiə etməyə özünüzü “borclu” saydıgınız Qulu Məhərrəmli nədən heç bir təhqirə yol verməyən, amma onu haqli tənqid edən iki jurnalist həmkarını – Rauf Rəcəbovu və İlhamə Novruzovanı (özü də, müqəddəs varlıq sayılan qadını!) analoji qaydada məhkəməyə vermişdi? Halbuki, Qulu Məhərrəmlidən fərqli olaraq, hər iki jurnalist öz həmkarını faktoloji şəkildə ifşa etmişdi. Q.Məhərrəmli özəlliklə İTV-nin qızıl fondunda saxlanılan 800-ə yaxın sənədli film və verilişin ssenari müəllifi, redaktoru, araşdırmaçı jurnalist Rauf Rəcəbovun xüsusi ittiham qaydasında CM-nin iki - 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi. Amma bu istəyinə çatmadı.
Bir anliga təsəvvur edək ki, ATƏT-in həmin konfransına Rauf Rəcəbov və İlhamə Novrozova da qatilmişdilar. Yəqin ki, Rauf Rəcəbov “Səhər”də birgə calişdiqları zaman Qulu Məhərrəmlinin öz həmkarlarının haqlarını tapdamasını belə təsvir edəcəkdi: “Əgər beynəlxalq media təşkilatlarında və hüquq müdafiəsi təşkilatlarında bilsələr ki, Qulu Məhərrəmli öz avtomobilini rejissoruna yudurdur, bir telejurnalistin ərsəyə gətirdiyi verilişi onun əlindən alıb, mahiyyətindən xəbəri olmayan “adamları”na verir, işçisini mənəvi işgəncələrə və mənəvi terrora, eləcə də fiziki zorakılığa məruz qoyurdu, yəqin ki, beynəlxalq ekspertlər onunla bir sırada dayanmağı özlərinə təhqir hesab edərlər”. (http://miq.az/az/taninmis-jurnalist-qulu-meherremlini-vurdu-mekrli-zavalli-video/)
AzTV-də çalışanların sözlərinə görə, Rauf Rəcəbovun bu mövqeyinə haqq qazandırılmalıdır. Çünki o, sözün əsl mənasında, Qulu müəllimin (əcəba, onu müəllim adlandirmaq olarmı?!) işgəncəsinə məruz qalıb. Belə ki, Q.Məhərrəmlinin öz yaşına, təhsilinə, cəmiyyətdə tutduğu mövqeyinə, çalışdığı vəzifəsinə zidd olaraq fincanı Rauf Rəcəbova tərəf tullaması ikincinin başının yarılması ilə nəticələnmişdi. Hətta Q.Məhərrəmlinı cinayət işi gözləyirmiş. Amma Raufu bu fikirdən daşındıranlar tapılıb. Bəlkə də Tbilisidəki konfransda R.Rəcəbov tibbi ekspertizanın rəyini və yaranın yerini Dunya Myatoviçə də nümayiş etdirə bilərdi. O zaman D.Myatoviçin üzundəki ifadəni, yəqin ki, Arif Əliyev, Mehman Əliyev, Rəşıd Hacılı və Ələsgər Məmmədli görmək istəməzdilər – sərf etməzdi...
İlhamə Novruzovanın çıxışı isə Qulu Məhərrəmlinin karyerasını birdəfəlik bitirərdi. Araşdırmaçı jurnalistin konfrans zalındakı monitorda Q.V.Kuznetsov, V.L.Svik, A.Y.Yurovski kimi müəlliflərin 2002-ci ildə dərc etdirdikləri “ТЕЛЕВИЗИОННАЯ ЖУРНАЛИСТИКА” kitabını və Qulu Məhərrəmlinin 2008-ci ildə cap etdirdiyi “Televiziya jurnalistikasının əsasları” kitabını nümayiş etdirməsi, gətirdiyi iqtibaslar “bomba” effekti doğurardı. Çünki İlhamə Novruzova “QULUNUN KİTABI… Üç P-nin sirri, yaxud “Peşəkar” Professordan Plagiat” sərlövhəli məqaləsində (http://yenilik.az/archives/45866) onun plagiatorluğunu faktlarla sübuta yetirib: “Qulu müəllimin “Televiziya jurnalistikasının əsasları” adlanan mühazirələr toplusu məndə xeyli suallar doğurdu. Çünki…plagiata, yəni əqli mülkiyyət oğurluğuna qarşı belə sərt mövqedə duran professorun fəxarət hissi ilə vurğuladığı bu əsərinin bir çox hissələrinin, el dili ilə desək, adi “çırpışdırma” olduğunun fərqinə vardım.
...Açığı, bu faktları aşkar edərkən, əvvəlcə bir az duruxdum. Dedim, əcəba, bəlkə məhz rusiyalı həmkarları Qulu müəllimin “dühasından” belə nöqtə-vergülünədək bəhrələniblər? Tarixlərə baxdım. Bu rus nəşri: ИЗДАТЕЛЬСТВО МОСКОВСКОГО УНИВЕРСИТЕТА, «ВЫСШАЯ ШКОЛА», 2002. Bu isə bizim milli “şedevr”: f.e.d. prоf.Q.M.Məhərrəmli, Bакı – 2008.
Deyərsiniz, təsadüfdür? İnsanlar cüt doğulur, cüt fikirləşirlər? Razıyam, təsadüflər baş verir. Amma o, ən çoxu istinadlar, hansısa 1-2 cümləlik rəy və təəssüratlarla eyniləşə bilər. Yuxarıdakı mənzərə isə sırf plagiat faktının, abırsız əqli oğurluğun və kor-koranə tərcümənin bariz təcəssümüdür. Yəni heç kəs 3 rusiyalı müəllifin müştərək işinin məhsulunun hansısa möcüzə ilə Q.Məhərrəmlinin beynində inikas olunması kimi absurd fikri müdafiə etməyə qalxmaz!”.
Qəribədir ki, istənilən dönəmdə və quruluşda plagiatorluğun “ayıb iş” olduğunu bilən yerli media ekspertlərimiz (oxu: Qulunun dostları), nədənsə, Qulu Məhərrəmlinin bu hərəkətini ictimai qınağa məruz qoymur, özlərini hər şeydən bixəbər kimi aparırlar. İlgincdir, deyilmi?!
Tbilisidəki konfrans zamanı diqqəti çəkən məqamlardan biri də Qulu və Kº-nun AzTV rəhbərini “məmur” adlandirmaları idi. Bunu media ekspertlərinin dilə gətirməsi, əslində, nonsensdir. Çünki AzTV sədri də digər KİV rəhbərləri kimi “media kapitanı”dır. Əlbəttə, ölkənin ilk radio və televiziyasının miqyası digər KİV-lərlə müqayisə olunmazdır. Lakin unutmaq olmaz ki, Arif Alışanov öz tərkibində yüzlərlə jurnalisti, rejissoru, operatoru, rəssamı, 300-dən çox musiqiçinin daxil oldugu orkestrləri birləşdirən boyük yaradıcı quruma rəhbərlik edir. Bundan başqa, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti nazirlik və ya komitə deyil. QSC-nin dövlət statusu olmadığından, qurumun bütün əməkdaşları, o cümlədən sədr də dövlət qulluqçusu hesab olunmurlar.
“Dözümlülükdən” danışanlar isə ilk növbədə bunu özləri nümayiş etdirsələr, daha məntiqli olar. Uzun müddət “ağzindan çıxanı qulağının duyması” məsləhətini vermədikləri dostlarının (Qulu Məhərrəmlinin) “feodal düşüncəli” olmadığını bir yolla sübut edə bilərlər. Qüsura yol vermiş hər bir insan, o ki qaldı media eksperti, söylədiyi hədyanlara, təhqirlərə görə qarşı tərəfdən (hazırki məqamda – AzTV sədrindən və kollektivindən) rəsmən üzr istəməlidir.
İndi siz deyin əfəndilər, “feodal düşüncəli”lər kimdir?!
Aktual.az