“Ölən olsa, bir qurtum su yoxdur verməyə” - Oğuzda su problemi + VİDEO

17-10-2023, 07:05           
“Ölən olsa, bir qurtum su yoxdur verməyə” -
Oğuzun Sincan kəndinin sakinləri susuzluq problemindən əziyyət çəkirlər.

Kənd sakinlərinin sözlərinə görə, su üçün hər gün 500 metr məsafə qət etməli olurlar.

“Yanıb ölən olsa, bir qurtum su yoxdur. Göyərtini gedib bazardan alırıq. İndi hansı zəmanədir ki, atla, ulaqla su gətiririk?!” - deyə kənd sakini söyləyib.

Oğuz Suvarma Sistemləri İdarəsindən məsələ ilə bağlı bildirilib ki, kənddə subartezian quyusunun tikilməsi nəzərdə tutulub və 15 gün ərzində quyunun qazılmasına başlanılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru