Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi
17-10-2023, 09:34

Qazaxıstanda ötən həftə növbəti beynəlxalq texnoloji forum - Digital Bridge Forum keçirilib.
Çox böyük bir tədbirdi.
Qazaxıstan rəqəmsal transformasiyada, İT sektorda, innovasiyalar və ekosistemin inkişafında, rəqəmsal hökumət quruculuğunda hədsiz çox irəliləyib.
Xarici investisiyaların cəlbi, beynəlxalq şirkətlərin ölkədə oturuşması sahəsində ciddi uğurları var.
Hökumət bu sektorda münbit şərait yaradılması üçün ciddi səylər göstərir.
Xəzərin dibi ilə fiber optik kanalın çəkilməsi istiqamətində Qazaxıstanla bizim aramızda, hökumətlər səviyyəsində təsdiqlənən Trans Xəzər layihəsi var.
Bir müddət öncə Prezident İlham Əliyev, həmçinin elə bu tədbirdə Qazaxıstan Prezidenti Tokayev də bu məsələyə toxunublar.
Baxıram ki, İRİA xətti ilə bu tədbirə qatılanlar olub.
Gözləyirdim ki, Azərbaycan və Qazaxıstan arasında sektorun inkişafı ilə bağlı ciddi müqayisələr olacaq, ciddi təhlillər aparılacaq.
Bizdə bu istiqamətdə müəyyən addımlar atılsa da, çox ciddi problemlər də var.
Lakin hansısa bir təhlillər, müqayisələr görmədim. Sadəcə iştirakçılardan birisinin yazısı gözümə dəydi.
Hansı ki, orada Azərbaycan Qazaxıstanla müqayisədə texnologiyalar sahəsində "riskləri daim qiymətləndirərək çox diqqətli davranış" sərgiləyən ölkə olaraq xarakterizə edilib .
Sadəcə bu qədər
Osman Gunduz
Teref.az