2 boru üzərinə inşa etdikləri, "harda qırıldı-qırıldı", modeli davam edir...

17-10-2023, 09:54           
Rəsmi məlumat: Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir.
104 milyard! Son 20 ildirsə, deməli dolların 78 qəpik olduğu dövrü də nəzərə almaq lazımdır, illər üzrə rəqəm verilmədiyi üçün, təqribən 105-110 mlrd. dollar vəsait edir. Yaxşı, bu 20 ildə regionların büdcənin formalaşmasında payı nə qədər artıb?! Artmayıb! Xub, bu 20 ildə regionların ixracatda payı nə qədər artıb?! Artmayıb! Bəs regionlardan Bakıya, Abşerona axın dayanıbmı?! Dayanmayıb!
Yaxşı bu 110 mlrd. dolların korrupsiyadan, bu işlə məşğul olanlardan, məmurların şəxsi qazancından başqa məmləkətə nə xeyri olub?! Hanı Bakıdan başqa yaranan yeni cazibə mərkəzləri?!
110 mlrd. dolları Çinə versəydilər bu 20 ildə, ölkədə 2 böyük, hərəsi 1 mln. nəfərlik şəhər salardılar! Nə isə, 2 boru üzərinə inşa etdikləri, "harda qırıldı-qırıldı", modeli davam edir...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.