Füzuli sakini icra başçısından şikayətçidir – “Dəfələrlə yaşayışım haqqında məlumat vermişəm, heç bir tədbir görülmür…” / FOTOLAR

17-10-2023, 09:37           
Füzuli sakini icra başçısından şikayətçidir –
Horadiz şəhər sakini Nəsirov Ehtiram Hümbət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi acınacaqlı vəziyyətdə yaşadığını və Fizuli Rayon İcra Hakimiyyəti rəhbərliyinin onun bur durumun göz yumduğunu deyir:

"Mən, Nəsirov Ehtiram Hümbət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi ictimailəşdirəsiniz.

4 nəfərlik ailə üzvüm var. 3 ildir ki, “Arastroy” adlanan ərazidə kirayə yaşayıram. Artıq kirayə pulu verə bilmədiyimdən ev yiyəsi haqlı olaraq bizi evdən çıxarır.

Özüm bel ağrılarından əziyyət çəkirəm, yoldaşım əməliyyatdan yeni çıxıb.

Dəfələrlə Fizuli Rayon İcra Hakimiyyətində olub, yaşayışım haqqında məlumat vermişəm, heç bir tədbir görülmür.

Xahiş edirəm mənə kömək edin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru