Parkı zəbt etmələri bir yana... - ÖZBAŞINALIQ!

18-10-2023, 16:48           
Parkı zəbt etmələri bir yana... - ÖZBAŞINALIQ!
Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində sakinlərin istirahəti üçün nəzərdə tutulmuş yeri zəbt edərək inşa edilən tikili növbəti dəfə problem yaradıb.

Teref.az Tribunainfo.az-a istinadla ki, layihə “Azərdövlətlayihə”nindir. 5 mərtəbəli olması nəzərdə tutulan tikilinin mərtəbə sayı artırılır. Binaya daha bir mərtəbə əlavə ediləcəyi hiss olunur. Layihə ilə müqayisədə binanın üst qatı hündür görünür. Sol yuxarı küncdə isə pəncərə üçün yer saxlanılıb. Layihədə isə bu yoxdur.

Mütəxəssislər hesab edir ki, bu yolverilməzdir və olduqca təhlükəlidir. Bina tikilərkən bünövrə onun hündürlüyünə əsasən qazılır. Əgər sonradan binaya əlavə mərtəbə inşa edilirsə, bu binanın bünövrəsinə zərər verir, tikilinin özülünü zəiflədir.

Qeyd edək ki, qaraj adı ilə inşa edilən binanın yeri əvvəllər sakinlərin istirahət yeri olub. Sonradan özəl bir şirkət tərəfindən alınıb. Sakinlər buna etiraz etsə də, ərazidə aparılan tikilinin qarşısını ala bilməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru