Əhalinin real gəlirləri nominal gəlirlərindən 2 dəfə azdır

18-10-2023, 17:06           
Əhalinin real gəlirləri nominal gəlirlərindən 2 dəfə azdır
Bu ilin ilk yarısında Azərbaycanda əhalisinin adambaşına düşən orta aylıq gəliri 332 manat 4 qəpik olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statsitika Komitəsinin açıqladığı bu ilin ilk yarısı üçün açıqladığı “Ev təsərrüfatları tədqiqatının yekunları” adlı hesabatında göstərilib.
Məlumat üçün bildirək ki, Komitənin bu ilin ilk yarısı üçün açıqladığı aylıq makroiqtisadi göstəricilərdə əhalinin hər nəfərinə düşən aylıq nominal gəlirin bu göstəricidən təxminən 2 dəfə çox olduğu qeyd edilib.
Belə ki, həmin məlumatda göstərilir ki, əhalinin hər nəfərinə düşən aylıq nominal gəlir 622 manat 47 qəpik olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru