Prezident təqaüdü alacaq UNEC tələbələri

19-10-2023, 08:05           
Prezident təqaüdü alacaq UNEC tələbələri
Prezident İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.

Prezident təqaüdünə layiq görülənlər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) də tələbələri var.

Bu barədə UNEC-dən məlumat verilib. B

Bildirilib ki, UNEC-in 10 tələbəsi (Banuçiçək Şəkizadə, Zəhra Sadıxlı, Hüseyn İsayev, Anar Hüseynov, Nəzrin Səfərova, Şövqi İsayev, Aminə Maksimova, Vaqif Rəhimli, Əli Niftəliyev, Nihad Həsənzadə) Prezident təqaüdünü qazanıb. Prezident təqaüdünü qazanan tələbələrin 9 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə, 1 nəfər isə beynəlxalq ticarət və logistika ixtisasında təhsil alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru