Lənkəranda ərazilər saxta sənədlə satılır?
16-07-2016, 09:39
“Lənkəran rayonu, Bürcəli kənd bələdiyyə sədri Kazım Məmmədov əkinə yaralı əkin sahələrini, meşə zolaqlarını, pay torpaqlarına gedən yollarını və yolun səki hissələrini saxta sənədlərlə ev altına satır”.
Bu barədə kənd sakini, 60 yaşlı Heybət Hüseynov redaksiyamıza ünvanladığı məktubundan bildirib. Şikayətçi qeyd edib ki, bu haqda fakt və sübutlarla 2015-ci ilin yanvarından aidiyyəti orqanlara müraciət etsə də rayon səviyyəsində iş ört-basdır edilir:
“Lənkəran rayon İcra Hakimiyyəti ümumiyyətlə nə ərizələrə, nə də teleqramlara cavab vermir. Üstəlik hələ məni susdurmağa çalışır. Lənkəran rayon Prokurorluğunu verdiyi saxta qərarı əsas tutaraq heç bir faktı yoxlamır.
İcra Hakimiyyətindən heç bir cavab ala bilmədiyimdən 12 may 2016-cı il tarixində kəndimizin bələdiyyə və icra nümayəndəliyin illik hesabatı zamanı icra başçısı T.Qaraşovdan buna cavab istədim. Nəticədə o, camaatın qarşısında mənə hədə qorxu gələrək ailə üzvlərimə və ya özümə şər atıb həbsxanaya, ömürlük şikəst edib xəstəxanaya və yaxud bir başa qəbiristanlığa göndərməklə hədələdi.
Səsimi və faktiki vəziyyəti aidiyyəti orqanlara çatdırmaq üçün sizdən çox xahiş edirəm, köməkliyinizi əsirgəməyin".
Yazıda adı keçən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.musavat.com