Azərbaycanda əhalinin kredit borcları silinir?

17-07-2016, 20:11           
Azərbaycanda əhalinin kredit borcları silinir?
Elman Rüstəmov məsələyə aydınlıq gətirdi.
Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin kredit borclarının bağışlanması ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Elman Rüstəmov AzTv-nin “Günün nəbzi” proqramına müsahibəsində deyib ki, bankların verdiyi kredit başqa bir vətəndaşın puludur.
“Passiv vətəndaş pullarını banka qoyub, digər aktiv vətəndaş isə bu pulları götürüb. Sabahısı gün bu kredit qayıtmır.
Kredit borclarının bağışlanmasını deyirlər. Kimin hesabına? Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur. Bankın kapitalı bütövlükdə onun aktivlərinin 10%-ni təşkil edir. 90% çox vaxt vətəndaşların puludur. Kreditlərin bağışlanması ilə bağlı danışanda, mənəvi baxımdan düşünmək lazımdır”, – Elman Rüstəmov deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.