700 bal toplayan abituriyentlər-Siyahı

18-07-2016, 15:35           

Onlar 700 bal topladı - Siyahı+Fotolar

Azərbaycanda I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent 700 bal toplayıb.
“Qafqazinfo” 700 bal toplayan abituriyentlərin adlarını və məzun olduqları məktəblərin siyahısını təqdim edir:
I ixtisas qrupu üzrə :
1. Tural Ağayev - Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.

2. Rəvan Nəzərəliyev- Xırdalan 5 saylı tam orta məktəbi.
Rəvanın atası maşın ustasıdır, anası riyaziyyat müəllimidir. Ailədə üç qardaşdılar. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Böyük qardaşları da 600-dən yuxarı bal toplayaraq universitetə daxil olublar. Hansı ixtisası seçəyini dəqiqləşdirməyib.

3. Nadir Sultanlı – Ankara məktəb-lisey. Sultanlı Nadirin anası evdar qadındır, atası isə BP də işləyir.

IV ixtisas qrupu üzrə :
1. Səbinə İsmayılova. Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu

2. Orxan Zülfüqarov – Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı orta məktəbi. Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır. O, Tibb universitetində təhsil almaq istəyir.

3. Ağalətif Lətifov – İsmayıllı rayonu, 5 saylı orta məktəbi. Ağalətifin atası da İsmayıllı 5 saylı orta məktəbdə riyaziyyat müəllimi, anası isə evdar qadındır. O da Tibb Universitetində təhsil almaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru