Cəlilabad sakini nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır

14-11-2023, 07:19           
Cəlilabad sakini nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır
Cəlilabad sakini nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır
Cəlilabad rayon sakini dünyaya gələcək nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır.

Bu barədə rayonun Qarğılı kənd sakini Əfqan Novruzov müraciət edib.

Onun sözlərinə görə, 2002-ci il təvəllüdlü hamilə qızı Elnarə Novruzluya qarşı olan həkim səhlənkarlığı nəticəsində bətndə olan 9 aylıq nəvəsi vəfat edib:

“Hər dəfə qızımın ağrıları tutanda xəstəxanaya müraciət etdiyimiz zaman həkimlər hələ gözləməyi tövsiyə edirdilər. Nəticədə isə körpə ana bətnində tələf oldu”.

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu həmin qadının ilk hamiləliyidir və ağrılardan şikayətlə müraciət edib:

“Biz dölü müayinə etdik və məlum oldu ki, dölün ürək döyüntüsü yoxdur. Biz müayinə zamanı aortanı izləyirik. Döl üçün ultrasəs müayinəsi lazım olduğundan onlara xəstəxanamızın ultrasəs həkimi məzuniyyətdə olduğuna görə bu müayinə üçün özəl xəstəxanaya müraciət etməyi təklif etdik. Özəl xəstəxananadan qayıtdıqdan sonra döl ölü vəziyyətdə bizə daxil oldu”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.