Ermənistan Azərbaycanla sərhəddə 5 NBM yaratmağı planlaşdırır - VİDEO

19-11-2023, 00:12           
Ermənistan Azərbaycanla sərhəddə 5 NBM yaratmağı planlaşdırır - VİDEO
Ermənistan Respublikası hökuməti “Sülhün kəsişməsi” layihəsini videoçarxda təqdim edib.

"AzPolitika.info" bu barədə Ermənistan mediasına istinadla xəbər verir. Layihənin əsas məqsədi Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabel və elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafıdır. «Açıq sərhədlər, açıq infrastruktur, fəal iqtisadi, siyasi və mədəni əlaqələr regionumuzda uzunmüddətli sülhün bərqərar olması üçün zəruri şərtlərdir», — deyə məlumatda deyilir.

“Sülhün kəsişməsi” layihəsi yeni infrastrukturun yaradılmasını və ya mövcud infrastrukturun miqyasının və keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Ermənistan Ermənistan-Azərbaycan sərhədində yol infrastrukturu üçün beş nəzarət-buraxılış məntəqəsi, o cümlədən Kayan, Sotk, Karahunc, Anqekakot və Yerasx, eləcə də yol infrastrukturu üçün Axurik və Marqarada iki nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırlaşır. Sözügedən videoda Qubadlı ərazisindən Naxçıvana gedən yol da nümayiş etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.